Sizin reklam burada
Sizin reklam burada

Ermənistan açıqladı: Bakı və İrəvan anlaşmaya yaxındır

Ermənistan açıqladı: Bakı və İrəvan anlaşmaya yaxındır

Ermənistan və Azərbaycan 1991-ci il sərhədlərinin delimitasiyası və ərazi bütövlüyünün qarşılıqlı tanınması üçün əsas kimi götürülməsi ilə bağlı konsensusa yaxındırlar.

Publika.az xəbər verir ki, bunu Ermənistan Xarici işlər naziri Ararat Mirzoyan parlamentin xarici əlaqələr komissiyasının iclasında 2023-cü ildə hökumət proqramının icrasını təqdim edərkən deyib.

Onun sözlərinə görə, hazırda bu məsələdə iki ölkənin mövqeləri, məsələn, bir ay əvvəlkindən daha yaxındır.

"Hazırda bu məsələdə (1991-ci ilin sərhədləri - red.) məsələn, bir ay əvvəllə müqayisədə daha çox qarşılıqlı anlaşma var. Məncə, biz bu məsələdə qarşılıqlı razılaşmaya çox yaxınıq".

Nazir müxalifətin “Hayastan” fraksiyasının bəzi deputatlarının Azərbaycanın sülh müqaviləsi ilə bağlı yeni təklifləri ilə tanış olmasına niyə icazə verilməməsi ilə bağlı sualları da cavablandırıb.

Xarici işlər naziri bu qərarı deputatların qəbuledilməz davranışı ilə izah edib. Əvvəllər onları nazirliyə dəvət ediblər, sənəd göstəriblər, öz gözləri ilə görüblər ki, orada heç bir “qiymətli” müddəa yoxdur, amma sonradan yenə də öz rəvayətlərini yaymağa davam ediblər.

O, müxalifəti durumu şişirtməməyə çağırıb, bildirib ki, vəziyyət onsuz da ağırdır.

XİN rəhbəri hesab edir ki, rəhbərlik və diplomatlar vəziyyəti “çəhrayı” rəngdə təqdim etməkdən uzaqdırlar, lakin müxalifətin cəmiyyəti lüzumsuz stressə salan addımları qəbuledilməzdir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ