Sizin reklam burada
Sizin reklam burada

Azərbaycan 4 kəndə daxil olacaq: Paşinyan qapalı görüşdə vaxt istəyib?

Azərbaycan 4 kəndə daxil olacaq: Paşinyan qapalı görüşdə vaxt istəyib?

“Paşinyanın mətbuat konfransı Azərbaycanın 4 kəndlə bağlı ultimatumuna cavab, daha doğrusu, bu ultimatumun qəbul edilməsinin vacibliyinin cəmiyyətə çatdırılması idi”.

Publika.az xəbər verir ki, bu barədə erməni politoloq Stepan Danielyan deyib.

Onun sözlərinə görə, Azərbaycan 4 kəndin dərhal qaytarılmasını istəyir.

“Aydındır ki, bu ultimatumdur. Böyük ehtimalla, Azərbaycan bu kəndlərə hərbi müstəvidə müdaxilə edəcək. Paşinyan da həmin ərazilərin təhvil verilməsinə zəmin hazırlayır. Güman ki, o, qapalı görüşlərdə vaxt istəyib, deyib ki, “gözləyin, kəndlərin qaytarılmasının qanuni olduğunu elan edim”.

Paşinyan Azərbaycanın gündəliyinə uyğun hərəkət edir. O deyir ki, Azərbaycanla razılaşmaqdan başqa yolumuz qalmayıb”, - erməni politoloq bildirib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ