Sizin reklam burada
Sizin reklam burada

Kompensasiya sülh müqaviləsində əksini tapacaq? - VİDEO

Kompensasiya sülh müqaviləsində əksini tapacaq? - VİDEO




Ermənistanın Azərbaycana təzminat ödəməsi mövzusu İkinci Qarabağ müharibəsindən sonra ən aktual məsələlərdən biridir. Yerli və xarici ekspertlərin araşdırmalarından məlum olub ki, Ermənistanın Azərbaycana vurduğu ziyan milyardlar dəyərindədir. Beynəlxalq hüquqda da təcavüzkar ölkənin vurduğu ziyanın ödənilməsi ilə bağlı bir sıra norma və prinsiplər mövcuddur.

Ancaq ölkəmizə qarşı aparılan qərəzli siyasət təzminat məsələsinin reallaşmasına imkan verməyib. Bununla belə, sülh müqaviləsi imzalanacaqsa, həllini tapmayan məsələlərin sazişdə əksini tapması mütləqdir.

Bəs belə olan halda təzminatın ödənilməsi həm də sülh müqaviləsinin tərkib hissəsi kimi nəzərdən keçirilə bilərmi?

“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli bildirib ki, təzminatın ödənilməsi iki ölkə arasında hər hansısa razılaşma ilə həll oluna bilər:

“Məsələ mübahisəli olduqda isə hansısa beynəlxalq məhkəmənin qərarı ilə həll olur. Lakin biz görürük ki, beynəlxalq təcrübədə məhkəmələr heç də həmişə obyektiv olmur. Bu isə təzminat məsələsinin sülh müqaviləsində öz əksini tapmağa üstünlük verməyə vadar edir”.

Ətraflı "Baku" TV-nin süjetində:


  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ