Sizin reklam burada
Sizin reklam burada

Ermənistan Rusiyaya görün nə satırmış... - Qərb İrəvanı belə cəzalandıracaq

Ermənistan Rusiyaya görün nə satırmış... - Qərb İrəvanı belə cəzalandıracaq




Ermənistanın baş naziri Nikol Paşinyanın sanksiyalara baxmayaraq Moskvaya strateji və hərbi məhsulların satışını davam etdirməsi iki ildir Aİ rəsmilərini yorub. Hazırlanan yeni hesabatda İrəvana qarşı sanksiyaların tətbiqi ilə bağlı tövsiyə verilib.

Publika.az xəbər verir ki, Aİ-yə yaxınlığı ilə tanınan “EU Reporter” nəşri Ermənistanın olanlara baxmayaraq, Rusiyaya embarqo qoyulmuş strateji və texnoloji məhsullar ixracını davam etdirdiyini gündəmə gətirib.

Aİ ekspertləri Böyük Britaniya Xarici Kəşfiyyat İdarəsi - "MI6", ABŞ Ədliyyə Nazirliyi və Maliyyə Nazirliyinin məlumatlarından istifadə edərək Ermənistana embarqo qoyulmasını tövsiyə edən hesabat hazırlayıblar.

Məqalədə Aİ kəşfiyyat və maliyyə ekspertlərindən əldə edilən məlumatlar yer alıb.

Nikol Paşinyan fevralın 18-də Almaniyanın Münxen şəhərində erməni diasporu ilə görüş keçirib. Bu görüşdə İrəvanın “Moskvanın müttəfiqi olmadığı” iddia edilib və “Rusiya ilə Ukrayna arasındakı münaqişəyə təsir edə bilmədiyi üçün təəssüflənib”. Lakin Avropa İttifaqının kəşfiyyat və maliyyə təhqiqat bölmələri Paşinyanın yalan danışdığını və Ermənistanın 2022-ci ildən Rusiyanın logistika mərkəzi olduğunu yazıb.

Mənbələr bildirirlər ki, Avropa İttifaqında ekspertlər və auditorlar Ermənistanın Rusiya ilə ticarəti ilə bağlı hesabat hazırlamağa başlayıblar. Əldə edilən məlumata görə, Ermənistan 2022-ci ildən 2024-cü ilin yanvarına qədər Rusiyanın texnologiya, texniki təchizat və yarımkeçiricilər kimi ən böyük kritik hərbi logistika dəstək məntəqəsinə çevrilib.

Qərbin embarqoya məruz qoyduğu Rusiya şirkətləri çarəni İrəvanda ixrac şirkətləri açmaqda tapıblar. Erməni tərəfdaşları olduğu bilinən bu şirkətlər vasitəsilə Rusiyaya mühüm hərbi texnoloji avadanlıq və proqram təminatı göndərilib. Mənbələr onu da bildirir ki, Avropa İttifaqı bundan əvvəl Paşinyana iki dəfə cari ticarətə son qoyması ilə bağlı xəbərdarlıq edib.

Britaniyanın "MI6" xarici kəşfiyyat bölməsinin hesablamalarına görə, 3 milyon əhalisi olan Ermənistanda 2022-ci ildə 14,2 faiz iqtisadi artım olub. Bu artım son 12 ayda baş verib və ölkəni şübhəli şəkildə dünyanın üçüncü ən sürətlə inkişaf edən iqtisadiyyatına çevirib.

Aİ hesabatında Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Ermənistanın xarici ticarət həcminin Rusiyaya ixrac hesabına 69 faiz artdığı qeyd olunub. Avropa Yenidənqurma və İnkişaf Bankının məlumatlarına görə, Qərbin Rusiyaya qarşı embarqoları başlayan kimi Moskva bir neçə ay ərzində bütün Ermənistanda tədarük zəncirləri yaratmaq üçün şirkətlər açmağa başlayıb.

ABŞ-ın Ədliyyə, Ticarət və Maliyyə nazirlikləri üçün hazırlanan hesabatlara görə, Ermənistan Rusiyanın ixrac və ticarət sanksiyalarından yan keçmək üçün istifadə etdiyi ölkələrdən biridir. Belə ki, Ermənistanın Rusiyaya ixracı müharibədən əvvəlki dövrlə müqayisədə 430 faiz artıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ