Sizin reklam burada
Sizin reklam burada

Ermənistan Ruslan Pənəhovu niyə heç bir erməniyə dəyişə bilmədi? - DETALLAR

Ermənistan Ruslan Pənəhovu niyə heç bir erməniyə dəyişə bilmədi? - DETALLAR



Publika.az

Nida.az
Rəsmi xronika
Qırmızı.az
Dünya
Stringer.az
Tabloid.az
Ekopublika.az
Bilgi.az
Mistika
İdman
Layihələr

Bizi izləyin

Publika.az
Publika.az

Nida.az
Nida Xəbər
Nida Təhlil
Qarabağ
Rəsmi xronika
Qırmızı.az
Elm və təhsil
Səhiyyə
Ekologiya
İKT
Sosial
Hadisə
Nəqliyyat
Dünya
MDB
ABŞ
Region
Avropa
Yaxın Şərq
Cənubi Qafqaz
Digər
Stringer.az
Foto
Video
Tabloid.az
Sağlamlıq
Magazin1
Magazin2
Dəb
Qadın
Dizayn
Gözəllik
Mətbəx
Ekopublika.az
Milyonçu
Müsahibə
Banklar
Əmlak
Enerji
Pul
Təhlil
İqtisadi gündəm
Bilgi.az
Art
Maraq dünyası
İnanc
Tarix
Cinayət dünyası
Avto
Mistika
Paranormal
Qoroskop
İdman
Formula 1
Layihələr
İkinci Döyüş
Yolçu
Müfəttiş
Xüsusi
Bitmiş layihələr

Kanon
Qarabağ
Ermənistan Ruslan Pənəhovu niyə heç bir erməniyə dəyişə bilmədi? - DETALLAR
7 Mart 2024 10:35

Ermənistan azaraq sərhədi keçən Azərbaycan əsgəri Ruslan Pənəhovu Azərbaycana təhvil verdikdən sonra erməni ictimai rəyində “niyə onu Bakıda həbsdə olan ermənilərə dəyişmədilər” sualı müzakirə olunur.

Publika.az xəbər verir ki, “Hraparak” nəşri İrəvanın Bakının bütün tələbləri qarşısında qeyd-şərtsiz geri çəkildiyini yazır. Qeyd edir ki, Ruslan Pənəhovun heç bir qarşılıq olmadan qaytarılması da belə nümunələrdən biridir.

“Ermənistan İstintaq Komitəsi əvvəlcə elan etdi ki, azərbaycanlı əsgərə cinayət işi açılacaq, lakin bir neçə gün sonra Milli Təhlükəsizlik Xidməti bunu təkzib etdi və əsgərin geri qaytarılması qərarının verildiyini bildirdi. Daha sonra azərbaycanlı əsgərin Bakıda qarşılanma fotoları yayıldı. Belə təəssürat yaranır ki, Ermənistan Azərbaycanın bütün tələblərini yerinə yetirir. Belə olmasaydı azərbaycanlı əsgərin qaytarılması qarşılığında heç olmasa bir məhbus tələb edə bilərdilər”, - nəşr yazır.

Qeyd edək ki, Ermənistan Ruslan Pənəhovun qaytarılmasını “xoşməramlı niyyət” kimi təqdim edir. Halbuki, İrəvanın əsgərimizdən Bakıda həbsdə olan ermənilərin alınması üçün istifadə edəcəyi gözlənilirdi. Onun bir neçə maddə üzrə ittiham ediləcəyi haqda məlumat da buna hesablanmışdı. Lakin cinayət işi açmaqdan imtina etdilər və əsgərimizin təhvil verilməsini “xoşməramlı jest” adlandırdılar.

Bunun “xoşməramlı jest”lə əlaqəsinin olmadığı bəllidir, xüsusilə sonuncu dəfə iki əsgərimizə qarşı 32 ermənini almaları fonunda. Bu baxımdan, Ermənistanın “fürsəti fövtə verməsi”nin başqa səbəbləri ola bilər. Mümkündür ki, Azərbaycan Ermənistanı əsgərimizi qaytarmağa məcbur edən addım atıb, bunun nədən ibarət olduğu bəlli deyil, yaxud ehtimal irəli sürmək üçün istinad nöqtəsi yoxdur, amma Pənəhova cinayət işi açılacağını deyən İrəvanı bir neçə gün ərzində geri çəkilməyə məcbur edən səbəb ciddi olmalıdır.

Ermənistan mediası isə yazır ki, Bakı Ruslan Pənəhovun qaytarılmasını tələb edib, İrəvan da qeyd-şərtsiz bunu qəbul etməyə məcbur olub.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ