Sizin reklam burada
Sizin reklam burada

İrəvan Moskvaya rəsmi müraciət ünvanladı: rus sərhədçiləri çıxarılır

İrəvan Moskvaya rəsmi müraciət ünvanladı: rus sərhədçiləri çıxarılır




Ermənistan “Zvartnots” hava limanından Rusiya hərbçilərinin çıxarılması ilə bağlı Moskvaya rəsmi müraciət ünvanlayıb.

Publika.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Qeyd edilib ki, bununla bağlı Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan martın 6-da jurnalistlərə açıqlama verib. Onun sözlərin görə, “Zvarnots" hava limanında rusiyalı sərhədçiləri ermənistanlı hərbçilərin əvəzə etməsi üçün ölkəsinin hər cür imkanı var: “Hakimiyyətin mövqeyi belədir - Ermənistan sərhəd qoşunları hava limanında xidmət göstərməlidir”.

Qeyd edək ki, Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, “Zvartnots”da sərhədçilərlə bağlı heç bir qərar olmayıb: "Heç kim bizə bu qərarları rəsmi şəkildə çatdırmayıb".

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ