Sizin reklam burada
Sizin reklam burada

Ermənistanda son durum: Az öldürür, çox qarət edirlər

Ermənistanda son durum: Az öldürür, çox qarət edirlər




Ermənistanda qətllərin sayı azalıb, lakin fərqli xarakterli cinayətlərin sayı artıb.

Publika.az xəbər verir ki, bu barədə bazar ertəsi keçirilən mətbuat konfransında Ermənistan Daxili İşlər Nazirliyinin rəis müavini Aram Hovhannisyan bildirib.

Belə ki, 2023-cü ilin yanvar-noyabr aylarında respublika üzrə 35 052 cinayət qeydə alınıb, 2022-ci ilin hesabat dövründəki 33 281 cinayətə qarşı. Beləliklə, rəqəmlər 5,3% (+1771 hal) artıb.

“Qətllərin sayı 7 fakt azalıb. 2022-ci ildə 52, 2023-cü ildə isə 45 fakt qeydə alınıb”, - o qeyd edib.

Onun sözlərinə görə, 2022-ci illə müqayisədə 2023-cü ildə 342 dələduzluq faktı qeydə alınıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsi (+2354), o cümlədən qanunsuz silah və döyüş sursatı (+300) ilə bağlı cinayətlər xeyli çox qeydə alınmağa başlayıb. 2022-ci illə müqayisədə 2023-cü ildə 340 çox rüşvət faktı aşkar edilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ