Sizin reklam burada
Sizin reklam burada

Bakı sərhədi bu xəritələrlə müəyyən edəcək - İrəvanda 100 illik ərazi qorxusu

Bakı sərhədi bu xəritələrlə müəyyən edəcək - İrəvanda 100 illik ərazi qorxusu




Rəsmi İrəvanın sərhəddə qoşunların “güzgü prinsipi” əsasında geri çəkilməsi təklifi Ermənistanın özündə də birmənalı qarşılanmır.

Publika.az xəbər verir ki, Ermənistan mediası “güzgü prinsipi”nin anlaşılmaz olduğunu, rəsmi İrəvanın nə istədiyini bilmədiyini yazır.

Erməni şərhçi Vaxtanq Siradeqyan yazır ki, Ermənistan tərəfinin “güzgü prinsipi” təklifinin şüurlu olub-olmadığı şübhə altındadır: “Çünki belə bir yerdəyişmə üçün bir sıra amillər olmalıdır. Birincisi, Ermənistan-Azərbaycan sərhədini tənzimləmək lazımdır. Azərbaycanın da tələbi budur və bunun üçün delimitasiya-demarkasiya olmalıdır. İkincisi, sərhədin müəyyən hissəsinə artıq düzəliş edilib. 2021-ci ildə Azərbaycan Zəngəzurun bir sıra istiqamətində irəlilədi, misal üçün, İrəva-Qafan yolunun 21 kilometr hissəsinə nəzarət edir. Üçüncüsü, qoşunların geri çəkilməsi hansı məntiqlə mümkündür? Azərbaycan nəzarət etdiyi ərazilərdən, “google map”ə əsasən bərpa edilən sərhəddən geri çəkilməlidir, yoxsa bütün sərhəddən? Burada məntiqsizlik hökm sürür”.

Erməni şərhçi əlavə edir ki, ən vacib sual sərhədin hansı xəritəyə əsasən müəyyən ediləcəyidir.

“Ermənistan SSRİ-nin ən son xəritələrindən bəhs edir, Azərbaycan isə 100 illik xəritələrdən. Paşinyan postsovet reallıqlarından, 1991-ci il Almaatı görüşü zamanı qeydə alınmış inzibati sərhədlərdən danışır. Lakin postsovet Azərbaycan rəsmən elan edib ki, bu ölkə Sovet Azərbaycanın yox, 100 il əvvəlki Azərbaycan Cümhuriyyətinin varisidir. Yəni sovet inzibati sərhədlərini qəbul etmirlər. Bütün bunları üst-üstə qoyanda aydın olur ki, bizim Xarici İşlər Nazirliyimiz ya baş verənləri dərk etmir, ya da Mirzoyan bu qədər ziddiyyəti qısa zamanda aradan qaldıra biləcəyini düşünür. Bəlkə Paşinyan qoşunların “güzgü prinsipi” əsasında çıxarılması ideyası ilə sülh sazişinin imzalanmasını gecikdirmək niyyətindədir?”, - V. Siradeqyanm yazır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ