Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanla Naxçıvan arasında əlaqə: Ermənistan şərtini açıqladı

Azərbaycanla Naxçıvan arasında əlaqə: Ermənistan şərtini açıqladı




Yalnız kommunikasiyaların blokdan çıxarılması prinsipləri razılaşdırıldıqdan sonra Azərbaycanla Naxçıvan arasında daha asan kommunikasiyadan danışmaq olar.

Publika.az xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

"Ermənistanın mövqeyi dəyişməz olaraq qalır: bloklanmamış istənilən infrastruktur bu ölkənin yurisdiksiyasında olmalı və suverenliyi daxilində qalmalıdır. Blokların açılması isə bərabərlik və qarşılıqlılıq prinsipləri əsasında həyata keçirilməlidir. Bu, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması çərçivəsində əsas prinsiplərdir. Biz regional kommunikasiyaların açılmsını təşkil etməyə hazırıq”, - Qriqoryan bildirib.

Onun sözlərinə görə, Ermənistan, baş nazirin təklif etdiyi “Dünyanın kəsişməsi” layihəsi çərçivəsində kommunikasiyaların açılması üzərində işləməyə davam edəcək.

Təhlükəsizlik Şurası katibinin sözlərinə görə, bu prinsiplər əsasında infrastruktur blokdan çıxarılarsa, regionda sülh və sabitlik bərqərar olar.

“Bölgədə sabitliyi təmin etmək üçün sülh müqaviləsi üzərində işləmək də lazımdır”, - Qriqoryan bildirib.
Və bu baxımdan, onun sözlərinə görə, İran və Ermənistanın mövqelərinin üst-üstə düşməsi çox vacibdir.
Bakının təkid etdiyi Azərbaycanla Naxçıvan arasında asanlaşdırılmış kommunikasiyanın mümkünlüyünə gəldikdə, Təhlükəsizlik Şurası katibinin qeyd etdiyi kimi, bunlar texniki detallardır və yuxarıda qeyd olunan prinsiplər razılaşdırıldıqdan sonra müzakirə oluna bilər.

Armen Qriqoryan qeyd edib ki, Azərbaycan müzakirələr zamanı onlarla razılaşıb və Ermənistan rəsmi Bakının bunu açıq şəkildə etməsini gözləyir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ