Sizin reklam burada
Sizin reklam burada

İran səfiri yenə İrəvandan Bakıya hücum etdi: Sübhaninin iddiaları

İran səfiri yenə İrəvandan Bakıya hücum etdi: Sübhaninin iddiaları


İranın Ermənistandakı səfiri Mehdi Sübhani yenə Azərbaycana qarşı çıxış edib.

Publika.az xəbər verir ki, Sübhani Ermənistanın İctimai TV-sinə müsahibəsində Zəngəzur dəhlizinin mümkünsüz olduğunu dilə gətirib, sərhədlərin dəyişilməsinin əleyhinə olduqlarını bildirib.

“Bizim mövqeyimiz dəyişməyib. Biz regionda sərhəd dəyişikliyinin əleyhinəyik. Sərhədlərin dəyişdirilməsi bizim üçün “qırmızı xətdir”. Ermənistan ərazisində ekstraterritorial dəhliz məsələsi beynəlxalq hüquqa, ölkələrin ərazi bütövlüyü və suverenliyinə ziddir”, - deyən İran səfiri bununla Zəngəzur dəhlizinə işarə edib.

Hərçənd, səfirin dediyi “ekstraterritorial dəhliz” məsələsinin Zəngəzur dəhlizinin açılması prinsiplərinə heç bir aidiyyəti yoxdur. Səfir ya bu terminin mənasını anlamır, ya da məqsədli şəkildə belə deməklə Zəngəzur dəhlizinin mahiyyətini təhrif edir.

İran səfiri Ermənistanın baş naziri Nikol Paşinyanın “dünyanın kəsişməsi” layihəsini dəstəkləyib. Və İrəvandan Bakıya mesaj göndərib.

“Ermənistan ərazisində ekstraterritorial dəhlizdən danışan ölkələr öz ərazilərində belə ekstraterritorial dəhlizlər yaratmağa hazırdırlarmı? Məncə cavab mənfidir. Buna görə onlar özlərinin istəmədiyi şeyləri başqaları üçün də istəməməlidir”, - Sübhani bildirib.

İranın Ermənistandakı səfiri artıq neçənci dəfədir Azərbaycana qarşı müxtəlif iddialar irəli sürür. Bu, Bakı-Tehran xəttində hazırda normallaşan münasibətlərə ziddir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ