Sizin reklam burada
Sizin reklam burada

NATO-dan Azərbaycan-Ermənistan münasibətləri haqda açıqlama

NATO-dan Azərbaycan-Ermənistan münasibətləri haqda açıqlama




NATO Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində səyləri dəstəkləyir.

Publika.az-ın məlumatına görə, bunu NATO baş katibinin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisinin müavini, NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina deyib.

O bildirib ki, Alyans Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində həm Avropa İttifaqının, həm ABŞ-ın, eləcə də Azərbaycan və Ermənistanın ikitərəfli qaydada atdığı addımları dəstəkləyir.

Kolomina həmçinin xatırladıb ki, bu yaxınlarda Şimali Makedoniyanın paytaxtı Skopyedə ATƏT nazirlərinin görüşü çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşüb.

“Biz öz dəstəyimizi davam etdirəcəyik və ən yaxşısına ümid edəcəyik. Əsas odur ki, Qafqazda sabitlik təkcə bizim Gürcüstanda gördüyümüz işlərlə deyil, həm də Ermənistan və Azərbaycanın gətirə biləcəyi sabitlik hesabına qorunur”, - o bildirib.


  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ