Sizin reklam burada
Sizin reklam burada

8 kəndə görə Bakı ilə müharibə ola bilər - Erməni nazirdən şok açıqlama

8 kəndə görə Bakı ilə müharibə ola bilər - Erməni nazirdən şok açıqlama



Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan Azərbaycanın işğal altında qalan 8 kəndinin qaytarılmasının mümkün mexanizmlərini açıqlayıb.

Publika.az xəbər verir ki, erməni nazir iki mümkün variantın olduğunu deyib.

“Bu kəndlərin əraziləri dəqiq müəyyən edilməli, hüquqi əsasları dəqiqləşməlidir. Bundan sonra iki proses gedə bilər: ya müharibə, ya da ərazi tənzimlənməsi, yaxud delimitasiya prosesində məsələnin müzakirə edilməsi”, - Sanosyan bildirib.

Qeyd edək ki, Qazaxın 7 kəndi və Kərki kəndi Ermənstan işğalında qalıb.


  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ