Sizin reklam burada
Sizin reklam burada

Sarkisyan separatçılarla görüşdü və qisas sözü verdi - “Qarabağ klanı” aktivləşir

Sarkisyan separatçılarla görüşdü və qisas sözü verdi - “Qarabağ klanı” aktivləşir

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan separatçı Samvel Şahramanyanla görüşüb.

Publika.az xəbər verir ki, bu barədə Sarkisyanın özü jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Şahramanyan erməi xalqına xeyir verəcək: “Fikrimcə, Şahramanyan xalqımızı rüsvay etməyəcək və birtərəfli olan ləğvetmə qərarını (separatçı rejimin ləğv edilməsi-red) aradan qaldıracaq”.

Sərkisyan Azərbaycana qarşı qisas çağırışı da edib.

“Azərbaycan Ermənistandan qisasın olmayacağına dair zəmanət istəyir. Əgər belədirsə, niyə onlar üçün bu olar, bizim üçün yox? Onlara hər şey olar, bizə yox?”, - Sarkisyan bildirib.

Qeyd edək ki, Paşinyan hakimiyyətinin Şahramanyana təzyiqləri fonunda Sarkisyanın onunla görüşməsi və verdiyi açıqlamalar “Qarabağ klanı”nın aktiv şəkildə hərəkətə keçdiyini deməyə əsas verir. Baş verənlər Ermənistanın daxili siyasi seqmentində qarşıdurmanın kəskinləşəcəyindən xəbər verir.



  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ