Sizin reklam burada
Sizin reklam burada

Qaçqınlar qayıdacaq, Zəngəzur Azərbaycana birləşəcək - Keryanın ŞOK PROQNOZU

Qaçqınlar qayıdacaq, Zəngəzur Azərbaycana birləşəcək - Keryanın ŞOK PROQNOZU


“Bakı azərbaycanlı qaçqınların Ermənistana qaytarılmasında israrlıdır. 140 min qaçqının sayını nəzərə alsaq, bu ciddi məsələdir”.

Publika.az xəbər verir ki, bu barədə erməni politoloq Qarik Keryan deyib.

Lakin Q.Keryan Qərbi Azərbaycandan qovulmuş qaçqınların sayını azaltmağa çalışıb, çünki öz evlərindən didərgin düşmüş azərbaycanlıların sayı 140 min yox, 300 mindir.

Erməni politoloq hesab edir ki, Qarabağda ermənilərin yaşadığı evlərin qorunması, infrastrukturun saxlanılması buna hesablanıb:

“Azərbaycan bununla ermənilərin geri qayıtmasına şərait yaratdığını göstərir və azərbaycanlıların da Qərbi Azərbaycana qayıtması hüququna malik olduğunu irəli sürür”.

Q.Keryan bildirir ki, azərbaycanlıların müəyyən bir qisminin Ermənistana qayıtması təmin edilə bilər.

“Daha sonra müəyyən xoşagəlməz hadisələr baş verərsə, azərbaycanlıların təhlükəsizliyinin təmin edilməsi məsələsini irəli sürəcəklər. Bunun üçün beynəlxalq müşahidəçilərə ehtiyac var. Türkiyə dərhal prosesə qoşulacaq. Yəni azərbaycanlılar kütləvi şəkildə geri qayıdıb müdafiəsiz yaşamayacaqlar. Əliyev bütün bunları çox məharətlə addım-addım planlaşdırıb”, - erməni politoloq hesab edir.

Keryanın fikrincə, azərbaycanlılar sərhəd bölgələrinə - Qafana, Zəngəzurun, Basarkeçərin bir hissəsinə köçərsə, sonradan bu ərazilərin Ermənistandan ayrılmasına və Azərbaycana birləşməsinə zəmin yarana bilər.

“Fikrimcə, Ermənistan üçün problem Zəngəzur dəhlizi yox, azərbaycanlıların qayıtmasıdır”, - erməni politoloq iddia edir.

Keryan hesab edir ki, Azərbaycan-Ermənistan sülh danışıqları Rusiya-Ukrayna müharibəsi başa çatana qədər uzana bilər:

“Bundan sonra regionda güc balansı müəyyənləşəcək və daha çox təsir rıçaqlarına malik olan tərəf diktə edəcək, digərləri həmin şərtlərlə imza almalı olacaq. Hətta Qərbin şərtləri ilə indi nəsə imzalasaq belə, üç ay sonra Rusiya ayağa qalxsa və bölgəyə qayıtsa, bu razılaşmalar kənara atılacaq”.

Erməni politoloq Ermənistan bir neçə prioritetin olduğunu deyib.

“Birincisi, anklavlar məsələsi qarşılıqlı şəkildə aradan qaldırılsın. İkincisi, ermənilərin Bakıya və Azərbaycanlıların digər ərazilərinə qayıtması məsələsi qaldırılsın və bununla azərbaycanlıların Ermənistana qayıtması arxa plana keçsin. Üçüncüsü, Azərbaycanın Naxçıvana çıxış yolu Rusiyanın nəzarətinə verilsin. Çünki Azərbaycan ya Zəngəzuru nəzarətə götürəcək, ya da azərbaycanlı qaçqınların qayıdışı ilə Ermənistan boğulacaq. Növbəti addım isə uzunmüddətli demarkasiya və delimitasiya prosesinə başlamaqdır”, - o deyib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ