Sizin reklam burada
Sizin reklam burada

Putin MDB ölkələrinin liderlərinə dəvət göndərdi - Paşinyan gələcək?

Putin MDB ölkələrinin liderlərinə dəvət göndərdi - Paşinyan gələcək?


Rusiya prezidenti Vladimir Putin dekabrın 26-da Sankt-Peterburqda qeyri-rəsmi görüşdə MDB ölkələrinin liderləri ilə görüşəcək.

Publika. az xəbər verir ki, bu haqda Vladmir Putin Müstəqil Dövlətlər Birliyinin hökumət başçılarına və Şura iclasının iştirakçılarına ünvanladığı müraciətində bildirib:

“Çox yaxında - dekabrın sonunda Ali Avrasiya İqtisadi Şurasının iclasında və MDB dövlət başçılarının ənənəvi qeyri-rəsmi görüşündə iştirak edəcək dövlətlərinizin rəhbərlərinə ən səmimi salamlarımı çatdırmağınızı xahiş edirəm. Putin qeyd edib ki, Rusiya tarixi saxtalaşdırmaq və nasizmi tərənnüm etmək cəhdlərinə qarşı mübarizədə MDB ölkələri ilə sıx əməkdaşlığı davam etdirməyə sadiqdir. Bu mövzuda axtarış sistemi hərəkatına, eləcə də Böyük Vətən Müharibəsi illərində həlak olanların xatirəsinə həsr olunmuş “Ölməz alay”, “Müqəddəs Georgi lenti”, “Yaddaş qatarı” kimi əlamətdar hadisələrə mühüm yer verilir”.

Putinin fikrincə, MDB ölkələri xalqlarının mədəni yaxınlığı tarixi əməkdaşlıq əlaqələrinin inkişafının açarıdır.

"Düşünürəm ki, siz də razılaşarsınız ki, bizə adət-ənənələrin, dillərin və ədəbiyyatın, incəsənətin və xalq yaradıcılığının həqiqətən unikal sivilizasiyalı birləşməsi miras qalıb. Bizim vəzifəmiz isə bu ümumi çoxmillətli irsi mümkün qədər qorumaq və onu yeni irslərlə zənginləşdirməkdir - Putin əlavə edib.

Qeyd edək ki, MDB ölkələrinin liderləri ilə görüşdə Paşinyanın iştirak edib-etməyəcəyi sual altındadır. Buna səbəb Rusiya-Ermənistan arasında hökm sürən gərgin münasibətlərdir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ