Sizin reklam burada
Sizin reklam burada

Məxfi iclas və İrəvanda Xankəndi ssenarisi: Paşinyan Əliyevdən niyə qorxur?

Məxfi iclas və İrəvanda Xankəndi ssenarisi: Paşinyan Əliyevdən niyə qorxur?


Qarabağdan İrəvana qaçan separatçıların gizli şəkildə fəaliyyətlərini davam etdirməsi, xüsusilə “beynəlxalq müstəvidə addımlar atmaq” istəkləri Ermənistan hakimiyyəti tərəfindən narahatlıqla qarşılanır. İstisna edilməməlidir ki, Paşinyan;n Xankəndidə məhv edilən separatizmin toxumlarından Bakı ilə danışıqlarda “kart” kimi istifadə etmək marağı var, lakin mövcud şərtlər öncə onun əleyhinə işləyir.

Birincisi, separatçıların açıq fəaliyyəti və “beynəlxalq müstəviyə çıxmaq” cəhdi Azərbaycana qarşı revanşizm yanaşmasıdır və İrəvan Bakının sərt mövqeyindən çəkinir;
İkincisi, qondarma “artsax” ideyasına hazırda rəhbərlik edənlər Paşinyanın əleyhinə olanlardır və erməni baş nazirin Samvel Babayan üzərindən onları neytrallaşdırmaq cəhdləri hələ də nəticə verməyib, bu baxımdan, Ermənistan hakimiyyəti Samvel Şahramanyan və separatçıların qondarma “parlament”inin fəaliyyətini özləri üçün təhlükə hesab edirlər;

Məlumata görə, qondarma “parlament”in iclasından sonra saxta “deputatlar”ın Şahramanyanla qapalı görüşü olub. Onlar qondarma “artsax”ın ləğv edilməsi qərarını müzakirə ediblər. Qondarma “deputatlar” Şahramanyanın qərarını ləğv etdiklərini deyiblər və qondarma “artsax” məsələsi ilə bağlı “beynəlxalq qrup” yaratmaq qərarını bildiriblər. Bu hadisədən sonra Ermənistan mediasının Paşinyana yaxın resurslarında, eləcə də ekspert dairələrində separatçıları ifşa edən kampaniyanın sürətlənməsi diqqət çəkir.

Publika.az xəbər verir ki, Erməni şərhçi Vahram Atanesyan separatçıların fəalıiyyətini tragikomediya adlandırıb.

“Hətta deyərdim ki, bütün bunlar faciəvi olmasaydı, komik olardı. Yaradılacaq “beynəlxalq qrup” kimə və nəyi deyəcək, yaxud kimi təmsil edəcək? Məqsəd nədir? Bir neçə nəfərə “iş yeri” tapmaq, özünü ifadə etmək imkanı yaratmaq, yaxud rəsmi İrəvanı ittiham altında buraxmaq istəyirlər? Deyəndə ki, “artsax milli assambleyasının” öz əhalisinin nümayəndəli orqanı olmaq problemi var, bizi tənqid edirlər. “Beynəlxalq qrupu”n siyasi biznes klubuna çevriləcəyi məlumdur. Qəbul etməliyik, “artsax"ı bizə heç kim verməyəcək”, - o deyib.

Ermənistan hakimiyyətinə yaxınlığı ilə seçilən “1in” saytı isə yazır ki, separatçılar Əliyevin Xankəndidə tətbiq etdiyi ssenarinin İrəvanda da təkrarlanması şəraitini yaradır. Əslində Paşinyanın əsas qorxularından biri də budur, çünki separatçıların fəaliyyəti Azərbaycana qarşı revanşizmin davam etməsi olduğu üçün o, Əliyevin buna qarşı adekvat addımlarının Ermənistan üçün acınacaqlı olacağını anlayır. Buna görə də media üzərindən separatçılara qarşı əks-hücuma keçib.

Sayt yazır ki, son zamanlar Ermənistanda “artsax qurumları”nın fəaliyyətinin davam etdirilməsi məsələsi ictimai-siyasi müzakirələrə səbəb olub və görünən odur ki, bu, Ermənistan hakimiyyəti ilə onlar arasında açıq qarşıdurmaya çevrilir.: “Ciddi təhlükələrlə dolu vəziyyət yaranıb, xüsusilə (qondarma) “deputatlar” atəşin üzərinə yağ tökür. Verdikləri açıqlamalar şantajdan başqa bir şey deyil. Reallıqla yanaşsaq, onların Ermənistanda bundan sonrakı fəaliyyəti mümkün deyil. Əgər bir dövlət varsa, onun ərazisi və əhalisi olmalıdır. Bu iki kompenentin heç biri olmadığı halda dövlətdən danışmaq ən yaxşı halda nadanlıq, ən pis halda cəfəngiyatdır. Onlar ən yaxşı halda QHT yarada bilərlər”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ