Sizin reklam burada
Sizin reklam burada

Ermənilər Rusiya və İranı tərk edirlər: Qarabağdan gələnlər isə...

Ermənilər Rusiya və İranı tərk edirlər: Qarabağdan gələnlər isə...




2022-ci ildə xarici ölkə vətəndaşı olan 950 erməni Ermənistandan sığınacaq istəyib.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan Statistika Komitəsinin məlumatına əsasən “Joqovurd” nəşri yazıb.

"Ermənistanda sığınacaq axtaranların əksəriyyəti Ukraynadan - 472 nəfər, 199 nəfər İraqdan, 101 nəfər İrandandır. Ümumilikdə 18 Rusiya vətəndaşı Ermənistandan sığınacaq istəyib”, – məlumatda bildirilir.

Qəzetin yazdığına görə, Ermənistan Respublikasından Qarabağdan gələnlərin axını müşahidə olunur. Qarabağ erməniləri Fransa, Rusiya və s. ölkələrin səfirlikləri ilə əlaqə saxlayırlar

2022-ci ildə Ermənistan vətəndaşlığını almaq üçün müraciətlərin ümumi sayı 25515-ə çatıb ki, bu da 2021-ci illə müqayisədə (8500 nəfər) 3 dəfə çoxdur. Müraciət edənlərin ümumi sayının 90%-dən çoxu ermənilərdir. Müraciətlərin sayına görə birinci yerdə Rusiya (19427), ikinci yerdə Gürcüstan (1934), üçüncü yerdə isə Livan (1300) qərarlaşıb. Sonrakı yerləri Suriya (741), İran (587), ABŞ (294), Ukrayna (281) və İordaniya (173) tutur.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ