Sizin reklam burada
Sizin reklam burada

Ordumuz sərhəddən çəkilir? – Ceyhun Bayramov açıqladı

Ordumuz sərhəddən çəkilir? – Ceyhun Bayramov açıqladı


Ermənistanın sərhəddən hər iki ölkənin qoşunlarının çəkilməsi ilə bağlı səsləndirdiyi təklif rəsmi Bakı üçün qəbuledilən deyil.
Turantv.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 14-də türkiyəli həmkarı Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Ermənistan-Azərbaycan sərhədi delimitasiya olunmayıb:

“Tam sərhəd üzrə razılıq olmayan bir zamanda qoşunlar sərhəddən çəkilərsə, orada nələrin baş verə biləcəyinə kim zəmanət verə bilər? Bu təklif Azərbaycan tərəfi üçün qəbuledilən deyil. Azərbaycan Ordusu bu gün öz sərhədlərini qoruyur. Mən sərhədlərdən qoşunların çəkilməsi ilə bağlı Ermənistan XİN başçısının açıqlaması ilə razı deyiləm. Azərbaycan Ordusu 30 ildən sonra şəhidlər verərək öz sərhədlərini bərpa edib. Azərbaycan sərhədləri yalnız Azərbaycan əsgərləri tərəfindən qoruna bilər”, – nazir bildirib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ