Sizin reklam burada
Sizin reklam burada

Qarşıda belə münbit şərait olmaya bilər: Sülh müqaviləsi bu tarixə qədər imzalanmalıdır

Qarşıda belə münbit şərait olmaya bilər: Sülh müqaviləsi bu tarixə qədər imzalanmalıdır




“Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş naziri aparatının birgə bəyanatı əlbəttə ki, sülhün və təhlükəsizlik sisteminin formalaşması istiqamətində çox mühüm bir addımdır. Burada əsirlərin qarşılıqlı mübadiləsi, beynəlxalq platformada Azərbaycan və Ermənistanın bir-birini dəstəkləməsinə dair siyasi iradənin nümayiş olunması, digər tərəfdən məhz elə tərəflər arasında etimadın gücləndirilməsinə dair səylərin birləşdirilməsi yaxın gələcəkdə iki ölkə arasında sülh müqaviləsinin imzalanması ehtimallarını da gücləndirir”.

Publika.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi İlyas Hüseynov bildirib. Politoloq qeyd edib ki, regionda baş verən proseslər sülh müqaviləsinin imzalanmasına dair ehtimalları xeyli azaltmışdı. Bunun əsas səbəbi Ermənistanın destruktiv addımları idi. Lakin belə görünür ki, ikitərəfli qaydada, heç bir vasitəçi olmadan müəyyən razılıqlar əldə etmək mümkündür və bu, sülhə doğru irəliləyişdir. Qarşıdakı dövrdə Qərb dairələrinin təsiri olmasa və bu istiqamətdə hər hansı pozucu addımlar atılmasa, bu məsələ müsbət sonluqla yekunlaşacaq.

İlyas Hüseynov bildirib ki, Azərbaycan çox mühüm, yeni bir mərhələyə qədəm qoyur. Fevralın yeddisində növbədənkənar prezident seçkiləri keçiriləcək və çox istərdik ki, məhz elə bu tarixə qədər Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalansın. Nəhayət ki, bərpa-quruculuq, birgəyaşayış dövrünə qədəm qoyulsun. Bunun üçün siyasi iradə və əlbəttə ki, gələcəyə hesablanmış normativlər lazımdır. Etimad və inamın formalaşması üçün əlverişli bir baza formalaşdırılıb və bu imkandan maksimum dərəcədə istifadə etmək lazımdır. Düşünmürəm ki, qarşıda bu qədər münbit bir şərait üçün zaman kəsiyi olacaq. Ona görə də, tərəflər məhz bu imkandan istifadə edərək gələcək nəsillərin sağlam yaşaması naminə düzgün qərar verməlidirlər”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ