Sizin reklam burada
Sizin reklam burada

Rusiyanın kabusu Cənubi Qafqazda - sərhədlərimizdə nə baş verir?

Rusiyanın kabusu Cənubi Qafqazda - sərhədlərimizdə nə baş verir?




Ukraynada müharibəni Rusiyanın əleyhinə dəyişən “Starlink” peyk sisteminin Gürcüstanda fəaliyyətə başlaması “Moskvanın kabusu Cənubi Qafqazda” suallarını ön plana çıxarır.

Publika.az xəbər verir ki, “Trthaber” bununla bağlı müəyyən detalları dərc edib.

Ukrayna müharibəsi başlayanda əsas diqqətçəkən məqamlardan biri Rusiya hərbi donanmasının rahat şəkildə hərəkət etməsi idi, lakin Qərbin hərbi yardımlarından sonra vəziyyət dəyişdi. Daha sonra “Starlink” peyki üzərindən problemsiz əlaqənin yaradıldığı kamikadze PUA-lar Rusiyaya qarşı effektli rol oynadı. Kamikadze PUA-lar qarşısında duruş gətirə bilməyən Rusiya hərbi gəmilərini Abxaziya limanına doğru çəkməyə başladı. Bu qərarın səbəblərindən biri də Rusiyanın “Starlink” bağlantısına malik olmaması idi. 2023-cü ilin noyabr ayından etibarən “Starlink” Gürcüstanda fəaliyyətə başladı. Bu, Qara dənizdə güc balansını tamamilə dəyişdirə bilər.

Türkidəyə dənizçilik və müdafiə sənayesi üzrə araşdırmaçı Kozan Səlçuk Erkan bildirib ki, “Starlink” dənizdə izləmə işini yüksək səviyyədə təmin edir.

“Ukrayna bunun sayəsində Rusiya donanmasına böyük ölçüdə zərər vura bildi. Rusiya bunun qarşısını əvvəlcə elektronik hərbi sistemlərlə kəsməyə çalışdı, sonra Sevestapol limanını bağlayaraq, maneələr yaratmaq istədilər. Lakin Ukraynanın “Starlink” peyk sistemi ilə görüntüləri əldə edərək, kamikadzelərlə hücuma keçməsinin qarşısını ala bilmədilər. Rusiya məcbur olub gəmilərini geri çəkməyə başladı. Geri çəkildikləri bölgələrdən biri də Abxaziya limanıdır”, - o deyib.

Türkiyəli mütəxəssis “Starlink” peyk sistemindən Gürcüstanda da istifadə edilməyə başlanıldığına diqqət çəkərək, Rusiyanı burada da Ukrayna ssenarisinin gözlədiyini qeyd edib.

Cənubi Qafqazda Rusiyaya qarşı yeni cəbhənin açılması fonunda baş verənlər xüsusilə diqqət çəkir. İstisna deyil ki, mümkün hərbi toqquşmalarda ilk hədəflərdən biri Rusiyanın Abxaziya limanındakı donanması olacaq.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ