Sizin reklam burada
Sizin reklam burada

Moskva və Bakı ilin sonuna kimi Rəşt-Astara dəmir yolunun tikintisinə dair saziş imzalayacaq

Moskva və Bakı ilin sonuna kimi Rəşt-Astara dəmir yolunun tikintisinə dair saziş imzalayacaq


Rusiya və Azərbaycan 2023-cü ilin sonuna kimi Rəşt-Astara dəmir yolunun tikintisinə dair saziş imzalamalıdırlar.

Bu barədə Rusiya Federasiyası Baş nazirinin birinci müavini Andrey Belousov Nəqliyyat Həftəsi forumunun plenar iclasında bildirib.

“Bu ilin sonuna kimi biz Azərbaycanla analoji saziş imzalamalıyıq. 2028-ci ildən isə bu marşrut tam istifadəyə veriləcək. Yükdaşımalarının əlavə artımı başlanğıc üçün ildə 15 milyon ton yük nəzərdə tutulub. Bunlar kifayət qədər iddialı planlardır, lakin onlar həyata keçirilir”, - Belousov qeyd edib.

O vurğulayıb ki, hazırda “Şimal-Cənub” nəqliyyat dəhlizində üçtərəfli (Rusiya, İran, Azərbaycan) beynəlxalq operatorun yaradılması ideyası müzakirə olunur.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ