Sizin reklam burada
Sizin reklam burada

ABŞ-dan ŞOK QƏRAR: Qanun layihəsi təsdiqləndi, Ukrayna və İsrailə kömək olmayacaq

ABŞ-dan ŞOK QƏRAR: Qanun layihəsi təsdiqləndi, Ukrayna və İsrailə kömək olmayacaq




ABŞ Konqresinin Nümayəndələr Palatası federal hökumətin işini İsrail və Ukraynaya yardım etmədən maliyyələşdirməyə davam etmək planını təsdiqləyib.

Publika.az xəbər verir ki, bu barədə Amerika mətbuatı məlumat yayıb.

Nümayəndələr Palatasının 336 üzvü, o cümlədən 209 demokrat və 127 respublikaçı layihənin lehinə, 95 qanunverici isə əleyhinə səs verib. Mühafizəkar respublikaçılar qanun layihəsinin əleyhinə səs veriblər.

İndi federal hökumətin maliyyələşdirilməsinin müvəqqəti davam etdirilməsi haqqında qanun layihəsi Senat tərəfindən təsdiqlənməlidir, bundan sonra ratifikasiya üçün ABŞ prezidenti Co Baydenə göndəriləcək.

Qanunvericilik təşəbbüsü 2024-cü il yanvarın 19-dək dövlət proqramları və agentliklərinin, o cümlədən kənd təsərrüfatı, energetika, hərbi, nəqliyyat və mənzil-tikinti sahələrinin maliyyələşdirilməsinin davam etdirilməsini nəzərdə tutur.

Digər şöbələrin iş və proqramlarının maliyyələşdirilməsinin 2 fevral 2024-cü il tarixinədək uzadılması təklif edilir. Qanun layihəsində İsrail və Ukraynaya dəstək üçün maliyyə nəzərdə tutulmur.

ABŞ Konqresinin yuxarı palatasının demokrat çoxluğunun lideri Çak Şumer artıq qanun layihəsinin Senatda erkən təsdiqini dəstəkləyəcəyini bəyan edib. “Biz bunu mümkün qədər tez etmək istərdik", - o deyib.

Ağ Evin sözçüsü öz növbəsində jurnalistlərə bildirib ki, Senat tərəfindən təsdiqlənərsə, qanun layihəsini imzalamağa hazırdır.

"Əgər qanun layihəsi Senatdan keçərsə, prezident onu imzalayacaq ki, bu da maliyyənin hazırkı səviyyəsini qoruyacaq", - rəsmi bildirib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ