Sizin reklam burada
Sizin reklam burada

Ukrayna münaqişəsi üçün QORXULU PROQNOZ: "Bu, sonun başlanğıcı deyilmi?"

Ukrayna münaqişəsi üçün QORXULU PROQNOZ: "Bu, sonun başlanğıcı deyilmi?"



"Ukrayna Prezidenti Volodimir Zelenski müttəfiqlərindən kifayət qədər maliyyə ala bilmədi və Rusiya ilə güzəştə getməyə məcbur olacaq".

Publika.az xəbər verir ki, belə bir proqnozu "Sky News" verib.

Qeyd olunur ki, Kiyevə hərbi və maliyyə yardımının göstərilməsi zərurəti onsuz da yüksək inflyasiya ilə üzləşən Qərb ölkələri üçün çox ciddi yükə çevrilib. Əgər Ukrayna bu yay irəliləyiş əldə edə bilməsə, o zaman Qərbin gələcək hərbi dəstəyi çox az və ya heç bir irəliləyiş olmayan uzun sürən, baha başa gələn münaqişə ilə nəticələnəcək.

"Vəziyyət elə inkişaf edir ki, sual yaranır: bu, Ukrayna üçün sonun başlanğıcı deyilmi?", - materialda deyilir.

Bundan əvvəl Ukraynanın maliyyə naziri Sergey Marçenko ölkənin Qərbdən maliyyə yardımı almasının çətinləşdiyini bildirib . O vurğulayıb ki, Qərb ölkələrində vergi ödəyicilərinin Kiyevi nə dərəcədə maliyyələşdirməyə hazır olduqları sual olaraq qalır.

  • Sosial şəbəkədə paylaş