Sizin reklam burada
Sizin reklam burada

Ermənilərdən növbəti təxribat: Bu dəfə Azərbaycanın Argentinadakı səfirliyi qarşısında

Ermənilərdən növbəti təxribat: Bu dəfə Azərbaycanın Argentinadakı səfirliyi qarşısında


Erməni diaspor təşkilatları dünyada Azərbaycana qarşı təxribatlar təşkil etməkdə davam edir. Bu dəfə Azərbaycanın Argentinadakı səfirliyi qarşısında “aksiya” təşkil olunub.

“Etirazçılar” Qarabağ əhalisinin mövcud olmayan “soyqırımını” pisləmək çağırışları ilə yanaşı, Buenos-Ayresdə yaşayan erməniləri oktyabrın 7-nə planlaşdırılan “etiraz yürüşü”nə qoşulmaları üçün kampaniya aparıblar.

Qeyd edək ki, ermənilərin Azərbaycanın diplomatik nümayəndəliklərinə qarşı cinayət əməlləri artıq bir neçə dəfə, o cümlədən Argentinada, Uruqvayda, San-Pauluda (Braziliya), Los-Ancelesdə (ABŞ) və Parisdə (Fransa) törədilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ