Sizin reklam burada
Sizin reklam burada

Əliyev imtina etdiyi Qranada görüşündə də Paşinyanı əzdi - Ermənilər şoka düşüb

Əliyev imtina etdiyi Qranada görüşündə də Paşinyanı əzdi - Ermənilər şoka düşüb




Prezident İlham Əliyevin imtina etdiyi Qranada görüşündə Azərbaycanın ərazi bütövlüyünün tanınması, hətta Qazaxın işğal altında olan 7 kəndi və Kərki kəndinin də qaytarılmasını nəzəri baxımdan özündə əks etdirən bəyanatın qəbul edilməsi Ermənistan mediasında “Əliyev imtina etdiyi görüşdə belə Paşinyanı əzdi” fikri ilə şərh edilir.

Publika.az xəbər verir ki, “Hraparak” nəşri Qranada görüşünün nəticəsinə görə Paşinyanı sərt tənqid edib.

Nəşr yazır ki, Əliyev demarş edərək, Qranadaya getmədi, əvəzində Paşinyan Şolts və Makronla birlikdə bəyanat verərək, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi yenidən tanıdılar.

“Əliyev iştirak etmədiyi görüşdə belə Ermənistanın mövqelərini darmadağın etdi. Yəni Azərbaycan lideri Qranadaya getmədən belə istədiyini alır və mövqeyini gücləndirir. Bununla yanaşı, Makron Azərbaycana sanksiyaların tətbiq edilməsi məsələsinə “vaxtı deyil” cavabını verdi.

Hətta Ermənistanın mövqeyinə ən yaxın şəxs kimi tanınan Fransa prezidenti belə Azərbaycanla anlaşmağa çalışır. Şarl Mişel də Azərbaycanın maraqlarına uyğun mövqe sərgilədi. Buna paralel olaraq, Putin “Valday”da çıxışı zamanı Ermənistanı tənqid etdi, Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəklədi. Aydın görünür ki, Ermənistanın mövqeləri biabırçı dərəcədə zəifdir, bu prosesdə iki əks tərəf olan Rusiya və Fransa eyni qaydada Azərbaycanı müdafiə edir”, - nəşr yazır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ