Sizin reklam burada
Sizin reklam burada

Zaxarova Qarabağdakı antiterror tədbirlərindən əvvəl Rusiya, Aİ və ABŞ rəsmilərinin İstanbulda görüşdüyünü təsdiqləyib

Zaxarova Qarabağdakı antiterror tədbirlərindən əvvəl Rusiya, Aİ və ABŞ rəsmilərinin İstanbulda görüşdüyünü təsdiqləyib



Rusiya Xarici İşlər Nazirliyi Qarabağdakı antiterror tədbirlərinin keçirilməsindən əvvəl İstanbulda Moskva, Brüssel və Vaşinqton rəsmiləri arasında görüşün keçirildiyini təsdiqləyib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə bu gün Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifiqndə bildirib.

O, Politico nəşrinin “Rusiya, Aİ və ABŞ Qarabağdakı gərginlikdən əvvəl gizli görüş keçirib” məlumatını şərh edərək bu görüşün gizli olmadığını söyləyib. O qeyd edib ki, Qərb ölkələri bu təşəbbüslə çıxış edib və görüş istəyiblər.

Qeyd edək ki, Politico məlumatına görə, sentyabrın 17-də, Qarabağdakı lokal antiterror tədbirlərindən iki gün əvvəl İstanbulda yüksək vəzifəli məmurların, yəni Lui Bono, Toivo Klaar və İqor Xovayevin görüşü baş tutub.

Nəşr iddiasına görə, tərəflər Ermənistandan humanitar yardım daşıyan yük maşınları karvanının Qarabağa buraxılmasını təmin etmək üçün Bakıya təzyiq göstərmək istəyiblər.

Kremlin sözçüsü Dmitri Peskov da Politico nəşrinin məlum yazısına münasibət bildirib. Onun sözlərinə görə, ABŞ, Aİ və Rusiyanın Qarabağla bağlı görüşü ilə bağlı nəşrdə çoxlu qeyri-dəqiqlik və səhvlər var: ”Təmaslar olub, amma yazılan kimi deyil”, deyə Kreml rəsmisi əlavə edib.

  • Sosial şəbəkədə paylaş