Sizin reklam burada
Sizin reklam burada

Ermənistanı yeni itkilər gözləyir - İrəvanda Zəngəzur qorxusu

Ermənistanı yeni itkilər gözləyir - İrəvanda Zəngəzur qorxusu


“Paşinyanı Saakaşvilininin aqibəti gözləyir, onu da həbs edəcəklər və heç kim onun müdafiəsinə qalxmayacaq. Amma bizim üçün ən pisi Rusiya, Azərbaycan və Türkiyənin Zəngəzur dəhlizini bütün vasitələrlə açmaq planıdır. Hər üç ölkə üçün bu, həyati əhəmiyyət kəsb edir”.

Publika.az xəbər verir ki, bu iddia ilə erməni şərhçi Razmik Akopcanyan çıxış edib.

Onun sözlərinə görə, Qərb Ermənistanı müdafiə etməyəcək.

“ABŞ və Avropa İttifaqı qarşı çıxacaq, hətta sanksiyaların tətbiqi məsələsini gündəmə gətirə bilərlər, lakin bütün bunlar Ermənistanın işini asanlaşdırmayacaq. Qarabağ məsələsində də eyni şeylər oldu. “Arstaxı” itirdik, indi Süniki (Zəngəzur-red) itirmək riskimiz var. Bizi yeni itkilər gözləyir”, - o iddiasını belə əsaslandırmağa çalışıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ