Sizin reklam burada
Sizin reklam burada

Rusiya sülhməramlıları Qarabağı tərk edən erməni sakinlərin sonuncu reysini müşayiət ediblərRusiya sülhməramlıları Qarabağı tərk edən erməni sakinlərin sonuncu reysini müşayiət ediblər

Rusiya sülhməramlıları Qarabağı tərk edən erməni sakinlərin sonuncu reysini müşayiət ediblərRusiya sülhməramlıları Qarabağı tərk edən erməni sakinlərin sonuncu reysini müşayiət ediblər


Rusiya sülhməramlı kontingenti Azərbaycanın Qarabağ bölgəsindən Ermənistana yola düşən erməni sakinlərin sonuncu reysini müşayiət ediblər.

Bu barədə Rusiya sülhməramlılarının rəsmi saytında məlumat verilib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə dayanıqlı reinteqrasiyasının təmin edilməsi məqsədilə Dövlət Miqrasiya Xidmətinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Qarabağ iqtisadi rayonunda fəaliyyətə başlayıblar. Dövlət orqanları əməkdaşlarının bölgədə fəaliyyəti Qarabağda yaşayan erməni sakinlərin yerli cəmiyyətə reinteqrasiyasının daha sürətli həyata keçirilməsinə, həmçinin sosial-humanitar ehtiyaclarının qarşılanmasında səmərəliliyin artırılmasına imkan yaradacaq.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ