Sizin reklam burada
Sizin reklam burada

“Sülh aylığı” çərçivəsində “Sülh və birgəyaşayışın əsas şərtləri” mövzusunda tədbir keçirilib

14 sentyabr 2023-cü il tarixdə İsmayıllı rayon Heydər Əliyev Mərkəzində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Şamaxı bölgəsi üzrə nümayəndəliyinin və Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Sülh aylığı” çərçivəsində “Sülh və birgəyaşayışın əsas şərtləri” mövzusunda tədbir keçirilib.
Tədbirdə çıxışçılar qeyd edərək bildiriblər ki, hər il Beynəlxalq Sülh Günü ərəfəsində - avqustun 21-dən sentyabrın 21-dək Respublikamızda “Sülh aylığı” elan edilir. 1982-ci ildən bəri bütün dünyada “Sülh günü” kimi qeyd olunan təqvimin yaranma səbəbi sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, amansız müharibələrin, hər cür zorakılığın dayandırılması, bəşəriyyətin daim sülh içərisində yaşamaq arzusudur.
Azərbaycan dünyanın ən tolerant ölkələrindəndir. Xalqımızın ən böyük arzu və istəyi sülh və əmin-amanlıq şəraitində yaşamaqdır. Mövcud olan tolerantlıq və multikulturalizm, sülh və qarşılıqlı anlaşma şəraitində birgəyaşayışın ən gözəl nümunəsidir.
Sonda isə tədbir iştirakçıları mövzü ətrafında qarşılıqlı maraq doğuran fikir mübadiləsi aparıblar.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ