Sizin reklam burada
Sizin reklam burada

İran XİN başçısı Ermənistan-ABŞ birgə hərbi təlimini tənqid edib

İran XİN başçısı Ermənistan-ABŞ birgə hərbi təlimini tənqid edib



İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahianla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında telefon danışığı baş tutub.

“Azad İran” “Telegram” kanalı məlumat verir ki, telefon danışığı zamanı İran XİN rəhbəri Ermənistan və ABŞ arasında keçirilən hərbi təlimlərə toxunaraq, bölgədə hər hansı xarici qüvvələrin mövcudluğunu regionda vəziyyəti çətinləşdirən amil kimi dəyərləndirib.

İranlı nazir, habelə Araz çayının çirklənməsinin qarşısının alınmasına dair yol xəritəsinin həyata keçirilməsini bu ekosistemin sağlamlığının qorunması baxımından həyati vacib adlandırıb.

O, eləcə də, regional dialoqlar və mexanizmlər, o cümlədən “3+3” formatı vasitəsilə hərtərəfli sülhə nail olmağın ən səmərəli yol olduğunu vurğulayıb.

Öz növbəsində, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan da İranla əlaqələrin inkişafını konstruktiv və mühüm adlandırıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ