Sizin reklam burada
Sizin reklam burada

Tehran İrəvana ümid verdi: Narahat olmayın, Bakı bizi əmin edib ki...

Tehran İrəvana ümid verdi: Narahat olmayın, Bakı bizi əmin edib ki...




Bakı Tehranı əmin edib ki, hərbi hücum həyata keçirmək niyyətində deyil və son qoşun köçürmələri qışın astanasında həyata keçirilən ənənəvi hərbi əməliyyatdır.

Publika.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani həftəlik mətbuat konfransında bildirib.

O qeyd edib ki, Tehran Ermənistan və Azərbaycan hakimiyyəti ilə əlaqə saxlayır. Onun sözlərinə görə, İrəvan Bakı tərəfindən yeni hərbi münaqişənin mümkünlüyü ilə bağlı narahatlığını ifadə edib, lakin Azərbaycan tərəfi bunu təkzib edib.

"Tehran şimal qonşuları ilə ümumi sərhədlərinin təhlükəsizliyinə həssasdır və Qafqazdakı hadisələri yaxından izləməyə davam edir", - Kanani yekunlaşdırıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ