Sizin reklam burada
Sizin reklam burada

Prokurorluq: “Erməniəsilli futbolçuların səmimi peşmanlığı nəzərə alınıb”

Prokurorluq: “Erməniəsilli futbolçuların səmimi peşmanlığı nəzərə alınıb”
“Bayrağımızı təhqir edən üç erməniəsilli futbolçu barəsində cinayət işinə xitam verilməsi Azərbaycan dövlətinin humanist mövqeyinin nümunəsidir”.

APA xəbər verir ki, bunu Baş Prokurorluğun “Instagram” sosial şəbəkəsindəki səhifəsində canlı yayım zamanı İstintaq İdarəsinin rəisi Nemət Əvəzov deyib.

O bildirib ki, Azərbaycanda heç bir xalqa, millətə fərq qoyulmur və hamının hüquqları bərabərdir.

“Onların ilk cinayətlərini törətdikləri və səmimi peşmanlığı nəzərə alınıb. Onların əməllərində qanunsuzluq qalmışdı. Onlar etdikləri cinayətləri internet resurslarında yaymışdılar. Həmin şəxslər internetdə qadağa olunmuş məlumatı yerləşdirmişdilər. Sırf bu səbəbdən inzibati qaydada 10 gün müddətinə həbs tənbeh cəzası verilib”, - Nemət Əvəzov deyib.

Qeyd edək ki, üç erməniəsilli futbolçunun 10 günlük inzibati həbs müddəti ötən gün başa çatıb və onlar Ermənistan tərəfə təhvil veriliblər.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ