Sizin reklam burada
Sizin reklam burada

“Yaxın günlərdə döyüşlər başlayacaq” - Ermənilər niyə qorxuya düşüb? - VİDEO

“Yaxın günlərdə döyüşlər başlayacaq” - Ermənilər niyə qorxuya düşüb? - VİDEO



“Yaxın günlərdə döyüşlər başlayacaq. Sentyabrın 4-də Soçidə keçirilən Ərdoğan-Putin görüşündən sonra bu, artıq qaılmazdır”.

Publika.az xəbər verir ki, bu iddia ilə erməni hərbi ekspert Karen Hovhannisyan çıxış edib.

O hesab edir ki, Azərbaycan və Ermənistan arasında gərginlik pik həddədir və istənilən an yeni eskalasiya yaşana bilər: “Bu döyüşlərdə Azərbaycan fərqli ssenarilər tətbiq edəcək, çünki Ermənistanın ona qarşı tətbiq edə biləcəyi ssenarilərdən xəbərdardır və buna qarşı gözlənilməz gedişlər edə bilər”.

Erməni ekspert iddia edir ki, yeni eskalasiyada Rusiya maraqlıdır.

“Çünki onun Cənubi Qafqazdan çıxarılması prosesi gedir və Moskva yeni eskalasiya yaradaraq, özünün vasitəçilik rolunu artıracaq, bölgədə möhkəmlənməyə çalışacaq”, - o bildirib.

Qeyd edək ki, Rusiya ilə yanaşı, Qərb də bölgədə hərbi eskalasiyada maraqlı ola bilər, çünki Cənubi Qafqaz uğrunda faktiki mübarizə gedir və bu mübarizədə böyük oyunçular bütün vasitələrə əl atırlar. Lakin bir məsələ şübhəsizdir: bölgədə bütün eskalasiyanın arxasında Ermənistan dayanır, gərginlik yaratmaq istəyən qüvvələr də bunu məhz Ermənistan üzərindən edirlər. Son vaxtlar sərhəddə artan erməni təxribatları da bu kontekstdə təsadüfi deyil.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ