Sizin reklam burada
Sizin reklam burada

Səfir: “Ermənistan törətdiyi təxribatlarla həddini aşıb”

Səfir: “Ermənistan törətdiyi təxribatlarla həddini aşıb”


“Ermənistan törətdiyi təxribatlarla həddini aşıb”.

Bunu Azərbaycanın İrandakı səfiri Əli Əlizadə “X” sosial şəbəkəsində yazıb.

O bildirib ki, İrəvanın təxribatları Azərbaycanın xoş niyyətinə xələl gətirir.

Diplomat xatırladıb ki, bu gün Ermənistanın növbəti təxribatı nəticəsində üç Azərbaycan hərbçisi yaralanıb.

Xatırladaq ki, bu gün səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Kəlbəcər istiqamətində Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlardan, minaatanlardan, artilleriya qurğularından və PUA-lardan atəşə tutub. Nəticədə üç hərbçimiz yaralanıb.

Sərhəddə təxribat törədən iki erməni hərbçi məhv edilib, biri isə yaralanıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ