arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Ukrayna daha 84 hərbçinin cəsədlərini geri qaytardı

Ukrayna daha 84 hərbçinin cəsədlərini geri qaytardı
Bu gün, avqustun 29-da Ukraynanın həlak olan əsgərlərinin müvəqqəti işğal olunmuş ərazilərdən repatriasiyası baş tutub.

Bu barədə Ukraynanın Müvəqqəti İşğal Edilmiş Ərazilərinin Yenidən İnteqrasiya Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Ukrayna Rusiya ilə müharibədə həlak olan daha 84 hərbçinin cəsədini qaytarıb.

O da vurğulanıb ki, ölən müdafiəçilərin cəsədlərinin verilməsi Cenevrə Konvensiyasının normalarına uyğun olaraq həyata keçirilir.

“Müdafiəçilərimizin cəsədləri şəxsiyyəti müəyyən edildikdən sonra ləyaqətlə dəfn olunmaları üçün yaxınlarına təhvil veriləcək”, - deyə məlumatda əlavə edilib.

  • Sosial şəbəkədə paylaş