Sizin reklam burada
Sizin reklam burada

Silahlı hücum, Araikin “istefası”... - Xankəndidə bu gün nələr olacaq?

Silahlı hücum, Araikin “istefası”... - Xankəndidə bu gün nələr olacaq?

Xankəndində separatçılar arasında qarşıdurma açıq müstəviyə keçib.

Publika.az xəbər verir ki, “milis qüvvələri” adı altında yaradılan terror təşkilatının rəhbəri Karen Matevosyan Araik Arutyunyanın istefa verməsini və “hakimiyyətin” onlar tərəfindən idarə edilməsi çağırışını edib.

“Biz Araik Arutyunyanın istefa vermək niyyətindən xəbər tutanda, meydana çıxmaq və məlumat almaq istədik. Lakin “parlamentin sədrinin” cavabı adekvat olmadı. Biz də “sədrə” tələblərimizi dinləməyə borclu olduğunu başa salmaq üçün tədbirlərə əl atdıq. Lakin Arutyunyan bizdən dayanmağımızı xahiş etdi. “Xalq məhkəməsi” quracağıq, səhvlərini düzəltməyən və “xalqı” dinləməyənlər bu “məhkəmədə” cavab verməli olacaqlar”, - o deyib.

Maraqlıdır ki, K.Matevosyanın “rəhbərlik” etdiyi “milis qüvvələri” Araik Arutyunyan tərəfindən müharibədən sonra yaradılıb. İndi onların Araikə qarşı çıxması şübhəli suallar yaradır.

Bunun fonunda keçmiş qondarma “dövlət naziri” Ruben Vardanyan da Araiki tənqid edib, onu “istefa” verməyə çağırıb. K.Matevosyan isə R.Vardanyanı “xalqı birləşdirməyə” çağırıb. Belə görünür ki, Matevosyanla Vardanyan eyni cəbhədən çıxış edir.

Məlumatlara görə, K.Matevosyan qondarma “parlament” binasına daxil olub və qondarma “spiker” David İşxanyanı hədələyib.

K.Matevosyan bildirib ki, onların tələbi bütün “siyasi qüvvələrin” birləşməsidir: “İki gün vaxt veririk, bunu etməsələr tədbirlərimizə davam edəcəyik, “parlament” buraxılacaq, “böhran şurası” yaradılacaq”.

Bu gün Araikin görüş keçirəcəyi və Matevosyanın da orada iştirak edəcəyinə dair məlumatlar var. Erməni mənbələr iki variantın müzakirə edildiyini yazır: ya Araik Arutyunyan “istefa” verəcək, ya da Ağdam vasitəsilə ərzaq tədarükü qəbul ediləcək;

A.Arutyunyanın Bakının tələbləri qarşısında təslim olacağı ilə bağlı da məlumatlar var.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ