Sizin reklam burada
Sizin reklam burada

Gecə ilə Rusiya pasportu alıblar: Azərbaycan sadəcə xəbərdarlıqla kifayətlənməyəcək - VİDEO

Gecə ilə Rusiya pasportu alıblar: Azərbaycan sadəcə xəbərdarlıqla kifayətlənməyəcək - VİDEO


“Yayılan məlumatlara əsasən, son bir neçə gün ərzində Azərbaycanın Qarabağ bölgəsində Laçın nəzarət-buraxılış məntəqəsi vasitəsilə artıq bir neçə şəxs, yəni Qarabağ ermənisi Azərbaycan ərazisini tərk etməyə başlayıb və artıq edib”.

Bu sözləri Publika.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, bunların içərisində bir neçəsi Rusiya pasportu daşıyan, yəni Rusiya vətəndaşlığını qəbul etmiş şəxslərdirlər:

"Təbii ki, onların böyük əksəriyyəti separatizmə dəstək verən, separatçılıqla məşğul olan, qarışıqlıq yaratmaq niyyətində olan şəxslərdirlər. Amma bizim üçün önəmli olan odur ki, orada separatizmə dəstək verən istənilən şəxsin birdəfəlik çıxıb getməsi həyata keçirilsin. Bu, əvvəllər də olub, indi də var. Orada maraqlı olan qüvvələr mümkün qədər separatçılığı dəstəkləməyə çalışırlar. Əllərindən gələni edirlər ki, separatçılıq dəstəklənsin və gərgin vəziyyət yaransın. Amma onlar yaxşı başa düşürlər ki, Azərbaycanın səbr kasası bir yerə qədərdi, daşdısa, bu artıq asan məsələ olmayacaq və heç də onların düşündüyü kimi, Azərbaycan sadəcə xəbərdarlıqla kifayətlənməyəcək. Necə ki, Vaqif Xaçaturyanın həbsi həyata keçirildi, 30 ildən sonra haqq-ədalət öz yerini tapdı. Eyni zamanda bu onların başına gələ bilər. Onlar bunu yaxşı başa düşürlər. Hesab edirəm ki, ona görə artıq Azərbaycan ərazilərini tərk etməyə başlayıblar".

Samir Hümbətovun sözlərinə görə, ermənilər dünyada "Azərbaycan onları sıxışdırır" imici yaratmağa çalışırlar:

"Amma hər vəziyyətdə onların etdikləri hərəkətlərin Azərbaycan üçün hər hansı bir ciddi təsiri yoxdur. Əksinə, Azərbaycan üçün xoşdur ki, onlar o torpaqlardan, ərazilərdən çəkilsinlər. Separatçılığa dəstək verən, təxribat yaradan istənilən terror hadisəsini törətməyə qadir şəxslərin oradan çəkilib getməsi və Qarabağda yaşayan sadə erməni vətəndaşlarının Azərbaycana reinteqrasiya prosesinin sürətlənməsi baş versin. Bu baxımdan düşünürəm ki, gedənlərin ardından hələ gedənlər çox olacaq, hansı ki, onlara separatçılar dəstək verirlər. Bunun üçün gecə Rusiya pasportu alıblar. Onlar bir növ vəziyyəti gərginləşdirmək üçün hazır olan şəxslərdir. O baxımdan düşünürəm ki, onların oradan getməsi bizim üçün daha məqsədəuyğundur".


  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ