Sizin reklam burada
Sizin reklam burada

Türkiyəli jurnalist: “Ermənilərin Qarabağda törətdiyi vəhşiliyə ad vermək mümkün deyil”

Türkiyəli jurnalist: “Ermənilərin Qarabağda törətdiyi vəhşiliyə ad vermək mümkün deyil”


“Birinci Qarabağ müharibəsi dövründə Ermənistan Şuşanı ələ keçirdikdən sonra əsirlərə işgəncələr verib, onları öldürüb, şəhər ərazisində basdırıblar. Biz orada aşkarlanan kütləvi məzarlığın şahidi olduq. Bu vəhşiliyə isə heç bir ad vermək mümkün deyil”.

Bu fikirləri “Report”un Laçına ezam olunmuş əməkdaşına açıqlamasında işğaldan azad edilən ərazilərdə səfərdə olan türkiyəli jurnalist, “TV100” kanalının əməkdaşı Cihat Aslan deyib.

O, gördüklərindən dəhşətə gəldiyini, Ermənistanın işğal dövründə böyük dağıntılara yol açdığını bildirib:

“Artıq üç gündür ki, Ermənistan işğalından azad edilmiş Azərbaycan torpaqlarındayıq. İlk gün Azərbaycan üçün önəmli olan və yeni qurulan Ağdam-Xankəndi yoluna getdik. İkinci gün isə Şuşada olduq. Şuşa yenidən qurulur. Ermənistanın işğal dövründə bu yerləri hansı vəziyyətə gətirdiyinin, böyük dağıntılara yol açdığının şahidi olduq. Həmçinin, Şuşa həbsxanasına da baş çəkdik. Oradakı dəhşətli mənzərə isə göz önündədir. Şuşada ermənilər əsirlərə işgəncə verərək onları qətlə yetirib, ardınca kütləvi şəkildə basdırıblar”.

“Hazırda Laçın yolundayıq. Bu yol Azərbaycan üçün çox önəmlidir. Azərbaycan Ağdam-Xankəndi yolundan istifadə olunmasını istəyir”, - türkiyəli jurnalist vurğulayıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ