arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Dörd dövlətdən Rusiyaya qarşı ittiham: Rəsmi bəyanat verdilər

Dörd dövlətdən Rusiyaya qarşı ittiham: Rəsmi bəyanat verdilər


İtaliya, Böyük Britaniya, Kosta-Rika və Yaponiya Rusiya ilə bağlı birgə bəyanat yayıblar.

Bəyanatda Rusiyanın Beynəlxalq Cinayət Məhkəməsinin nümayəndələri - prokuror Kərim Xan və hakimlər Serxio Xerardo Uqalde Qodines, Rosario Salvatore Aytala və Tomoko Akane ilə bağlı cinayət təqibinə başlamasına qarşı etiraz ifadə edilib.

Sənədin müəllifləri hesab edirlər ki, bu cür hərəkətlər Rusiya Federasiyasının Beynəlxalq Cinayət Məhkəməsinin mandatına xələl gətirmək cəhdindən xəbər verir.

“Məhkəmə iştirakçı dövlətlərin bütün beynəlxalq ictimaiyyəti narahat edən ən ağır cinayətlərə görə məsuliyyəti təmin etmək öhdəliyini təcəssüm etdirir”, - deyə bəyanatda bildirilib.

“Təəssüf ki, Rusiya Məhkəmənin mandatına xələl gətirmək cəhdlərini davam etdirir və biz digər iştirakçı dövlətlərlə birlikdə məhkəmənin, onun rəsmiləri və əməkdaşlarının, onunla əməkdaşlıq edənlərin tərəfində möhkəm dayanmaqda sarsılmaz qətiyyətimizi bir daha təsdiqləyirik”, - deyə bəyanatda vurğulanıb.

Hər dörd ölkə müstəqil və qərəzsiz qurum hesab etdikləri Beynəlxalq Cinayət Məhkəməsinə tam etimad göstərəcəklərini bəyan ediblər. Bundan əlavə, bu dövlətlər Roma Statutunda təsbit olunmuş prinsipləri və dəyərləri müdafiə etməyə, istənilən təhdidlərə baxmayaraq məhkəmənin bütövlüyünü qorumağa hazır olduqlarını nəzərə çatdırıblar.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ