Sizin reklam burada
Sizin reklam burada

Dövlət Departamenti: “Ermənistan və Azərbaycan arasında sülh sazişi əlçatandır”

Dövlət Departamenti: “Ermənistan və Azərbaycan arasında sülh sazişi əlçatandır”
“Hesab edirik ki, bu məsələnin tərəfi olmayan digər ölkələrin hər hansı şərhinə baxmayaraq, Ermənistan və Azərbaycan arasında sülh sazişi əlçatandır”.

Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinq zamanı deyib.

“Sülhə nail olmaq üçün tərəflərlə işləməyə davam edəcəyik. Biz bu ölkələrlə birbaşa əlaqə saxlayırıq” - deyə, o bildirib.

Miller xatırladıb ki, ötən həftə Dövlət Departamentinin xüsusi nümayəndəsi Lui Bono bölgəyə səfər edib və tərəflərlə birbaşa əlaqə saxlayıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ