Sizin reklam burada
Sizin reklam burada

Paşinyan Rusiyadakı səfiri geri çağırır

Paşinyan Rusiyadakı səfiri geri çağırır




Ermənistan hakimiyyəti ölkənin Rusiyadakı səfiri Vaqarşak Arutyunyanı vəzifəsindən kənarlaşdırmağa hazırlaşır.

Bu barədə Ermənistan mətbuatı xəbər verir.

Dərc edilən xəbərlərdə qeyd olunur ki, Nikol Paşinyan iqtidarı Vaqarşak Arutyunyanın əvəzlənməsi məsələsini artıq uzun müddətdir müzakirə etsə də, onun yerinə təyin ediləcək adamın tapılmasında çətinlik çəkir.

“Səbəb isə sadədir, səfir təyin ediləcək diplomat Nikol Paşinyanın etimad etdiyi şəxs olmalıdır, həmçinin onun təyinatı Rusiya hakimiyyəti tərəfindən məqbul hesab edilməlidir”, - deyə mənbə qeyd edir.

Ermənistan mətbuatı artıq potensial səfirin adını da yazıb.

Qeyd olunur ki, hakimiyyət deputat Qurgen Arsenyanın namizədliyi üzərində dayanıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ