Sizin reklam burada
Sizin reklam burada

Erməni jurnalist Paşinyanın Laçın postu ilə bağlı planını de-şifrə etdi

Erməni jurnalist Paşinyanın Laçın postu ilə bağlı planını de-şifrə etdi


Ermənistandan Qarabağa göndərilən yükləri aparan 19 TIR-dan ibarət karvanın sərhəddə dayanmağa davam etməsi bizim acizliyimizin sübutudur”.

Publika.az xəbər verir ki, bu barədə erməni jurnalist Serob Marutyan Ermənistan hakimiyyətinin sərhəddə təşkil etdiyi yardım şousu haqda danışarkən deyib.

S.Marutyan Paşinyana və onun hökumətinə sual ünvanlayıb: “Yüklərin keçidi Rusiya və Azərbaycanla razılaşdırılmayıbsa, o zaman, ağır yük maşınlarını sərhədə aparıb saxlamağın nə mənası var idi? Ümumiyyətlə, Ermənistan hakimiyyəti bununla hansı problemi həll edir?

Əgər onlar həqiqətən də Qarabağdakı ermənilərin taleyindən narahatdırlarsa, o zaman belə xoşagəlməz və alçaldıcı vəziyyətin yaranmaması üçün hər şeyi etməli idilər. Məqdsəd sadəcə “bacardığımı etdim, hətta sərhədə yük belə yığdım, məndən başqa nə istəyirsiniz” deməkdir”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ