Sizin reklam burada
Sizin reklam burada

Lavrov: “Rusiya, Azərbaycan və Ermənistan liderlərinin sammiti planlaşdırılır”

Lavrov: “Rusiya, Azərbaycan və Ermənistan liderlərinin sammiti planlaşdırılır”
“Biz növbəti görüşlərin, o cümlədən bu il Rusiya, Azərbaycan və Ermənistan liderlərinin növbəti sammitinin keçirilməsi planlarının hazırlanması üzərində gərgin işi davam etdirəcəyik”.

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə üçtərəfli danışıqların yekunlarına dair Rusiya XİN-in saytında dərc olunan şərhində deyilir.

Bildirilir ki, Rusiya tərəfi parlamentarilər vasitəsilə üçtərəfli dialoqa başlamağı təklif edib.

Rusiya xarici işlər nazirinin sözlərinə görə, Moskva sülh müqaviləsinin imzalanmasının Bakı ilə İrəvan arasında böyük danışıqlar prosesinin kulminasiya nöqtəsi olacağını gözləyir.

Rusiya XİN rəhbəri qeyd edib ki, Moskva Bakı və İrəvana saziş bağlamağa kömək etməkdə maraqlı olan ölkələrin istəyini alqışlayır. O əlavə edib ki, Azərbaycan və Ermənistan öz ərazilərində milli azlıqların hüquqlarının təmin edilməsi üçün qarşılıqlı əsasda təminat verməyə hazırdır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ