Sizin reklam burada
Sizin reklam burada

Paşinyan Brüsseldə konkret nəyin müzakirə olunduğunu açıqladı

Paşinyan Brüsseldə konkret nəyin müzakirə olunduğunu açıqladı


Yaxın vaxtlarda demarkasiya işlərinin kartoqrafik əsasları dəqiqləşdirilməlidir.

Publika.az xəbər verir ki, bu barədə bu gün, iyulun 20-də Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

O bildirib ki, Brüsseldə keçirilən görüşdə müzakirə edilən məsələlərdən biri də Ermənistan və Azərbaycan tərəfindən 29,8 min və 86,6 min kvadrat kilometr ərazi bütövlüyünün təsdiqi olub.

“Sərhədin delimitasiyası 1991-ci il Almatı Bəyannaməsi əsasında aparılmalıdır və yaxın gələcəkdə biz sərhədin demarkasiyası üzrə işlərin kartoqrafik əsaslarını dəqiqləşdirməliyik”, - o deyib.

Nikol Paşinyanın sözlərinə görə, regional kommunikasiyaların açılması tərəflərin suverenliyi, yurisdiksiyası və bərabərliyi prinsipi əsasında baş tutmalıdır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ