Sizin reklam burada
Sizin reklam burada

Xankəndidə son durum: separatçılar təslim olmağa hazırlaşırlar - Bizi heç kim vecinə almır

Xankəndidə son durum: separatçılar təslim olmağa hazırlaşırlar - Bizi heç kim vecinə almır


Xankəndidə separatçıların “oturaq aksiya”sı haqda Ermənistan mətbuatının yaydığı məlumatlar göstərir ki, onlar çıxılmaz durumdadır.

Publika.az xəbər verir ki, erməni mətbuatına istinadən xəbər verir ki, Xankəndidə baş separatçı Araik Artyunyana müxalif olan qüvvələr “oturaq kaşıya” iştirakçılarına baş çəkiblər. Onlar Araiklə də görüşüblər və ondan tələb ediblər ki, bu aksiyanı hansı səbəblə təşkil etdiyi barədə açıqlama versin.

Araik etiraf edib ki, bütün beynəlxalq təşkilatlara, böyük dövlətlərə məktub yazsa da, onların heç birindən cavab almayıb. Ona görə də “oturaq aksiya”nı təşkil etmək məcburiyyətində qalıb.

Dünənə qədər “hücum edəcəyik” deyən Araik, artıq təslim olmuş kimi görünür və gələcək planlardan danışarkən “ol bilsin ki, aclıq aksiyası keçirək” deyib.

Bütün bunlar onu göstərir ki, separatçılar heç bir beynəlxalq təşkilatın və ya ölkənin onların əsassız tələblərinə məhəl qoymayacağını anlayır. Azərbaycan gec-tez, öz suveren hüquqlarını Xankəndidə bərpa edəcək. Separatçıların bu cür “aksiyaları” isə yalnız bir şeyə hesablanıb: necə etsinlər ki, özlərini xilas edə bilsinlər.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ