Sizin reklam burada
Sizin reklam burada

Rusiyadan ŞOK İDDİA: Türk ordusu ilə Qarabağda müharibə edəcəyik

Rusiyadan ŞOK İDDİA: Türk ordusu ilə Qarabağda müharibə edəcəyik


Türkiyə və Rusiya Suriyada, Cənubi Qafqazda və Qara dənizdə müharibə edəcək.

Publika.az xəbər verir ki, bu iddia ilə Donbas separatçılarının keçmiş komandiri, Rusiya FSB-nin keçmiş zabiti İqor Strelkov (Girkin) çıxış edib.

Onun iddiasına görə, Rusiya və Türkiyə Qarabağda üz-üzə gələ bilərlər.

“Türkiyə Rusiya ilə dinc əməkdaşlıqdan faydalandıqdan sonra açıq qarşıdurmaya gedəcək. Zərbə Rusiya ordusunun zəiflədiyi məqamda endiriləcək. Birinci mərhələdə Rusiya donanması üçün Boğaziçi və Çanaqqala boğazları bağlanacaq, bundan sonra Suriyada Türkiyənin dəstəklədiyi müxalifət ordumuza qarşı hücumlar edəcək.

Eyni ssenari Qarabağda və Ermənistanda da olacaq. Erməni hərbçilər ya əsir götürüləcək, ya da türk əsgəri tərəfindən məhv ediləcəklər”, - o iddiasını davam etdirib və taxıl sazişi ilə bağlı baş verənləri bunun başlanğıcı adlandırıb.

Qeyd edək ki, Strelkovun iddiası Rusiya daxilində Türkiyəyə qarşı cəbhə açmaq istəyənlərin mövqeyinə uyğundur və istisna deyil ki, bu cür iddialar Ankara-Moskva xəttində çatlar yaratmaq istəyənlərin məqsədinə xidmət edir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ