Sizin reklam burada
Sizin reklam burada

Ağdam yolunda barrikadalar qurulur - Separatçıların hücumu başladı

Ağdam yolunda barrikadalar qurulur - Separatçıların hücumu başladı


Qarabağdakı separatçılar Ağdam yoluna barrikadalar qurur.

Publika.az xəbər verir ki, separatçı rejimin tapşırığı ilə ermənilər bu gün Əsgəranda toplaşaraq, “tank” abidəsinə yürüş ediblər.

Məlumata görə, məqsəd Ağdam-Əsgəran-Xankəndi yolunun Ağdamdan başlayan hissəsində barrikada qurmaqdır. Bununla separatçılar erməni əhalisinin ərzaq təminatının Ağdamdan edilməsi məsələsini bloklamağa çalışır.

Azərbaycan Qarabağdakı erməni əhalisinin təminatının Ağdam marşrutu ilə həyata keçirilməsini təklif edib. Brüssel görüşündə Avropa İttifaqı bu təklifi dəstəkləyib. Bu gün sosial şəbəkələrdə Ağdam marşrutu vasitəsilə ərzaq təminatının başlandığı haqda məlumat yayılıb, lakin separatçılar bunu təkzib ediblər.

Bir qrup ermənini həmin yola göndərərək, barrikada qurmaq planı da humaitar yardımın qarşısını almaq, qəbul etməyəcəklərini göstərmək məqsədi daşıyır. İstisna deyil ki, Araikin “bir həftə sonra hücuma keçəcəyik” açıqlamasından sonra belə bir barrikadaların qurulması həm də hazırlanan təxribatın başlanmasıdır. Ağdam yolunda hansısa barrikadanın qurulması, yaxud bu məqsədlə tikinti aparılması Azərbaycan ordusunun legitim hədəfinə çevriləcək.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ