Sizin reklam burada
Sizin reklam burada

Antiterror əməliyyatı başlayır, qorxuya düşən Arik xəbər göndərdi: Bakı ilə dialoqa hazırıq

Antiterror əməliyyatı başlayır, qorxuya düşən Arik xəbər göndərdi: Bakı ilə dialoqa hazırıq


Xankəndidə separatçılar çıxılmaz duruma düşdüklərinin fərqindədirlər. Qondarma qurumun “rəhbərləri” bir həftə ərzində saldıqları haray-həşirin heç kim tərəfindən eşidilmədiyini görüncə, geri addım atıblar.

Publika.az xəbər verir ki, baş separatçı Araik Arutunyan bildirib ki, Bakı ilə dialoqa hazırdırlar.

Amma o, şərt irəli sürüb. Bildirib ki, dialoq ABŞ-ın yox, Rusiyanın vasitəçiliyi ilə olmalıdır.

Araik bu şərti irəli sürməklə, əslində saman çöpündən yapışıb. Onun bu şərti irəli sürməkdə məqsədi nədir? ABŞ “Qarabağ erməniləri Azərbaycanın tərkibində təhlükəsiz yaşaya bilərlər” deməklə, bölgədə separatizmə yer olmadığını açıq şəkildə bəyan edib.

Təbii ki, Araik belə məqamda ABŞ-dan mədəd ummağın mənasız olduğunu anlayır. Ona görə də, rusların vasitəçiliyini təklif edir.

Azərbaycanın isə mövqeyi bəllidir: Heç bir vasitəçi olmadan öz vətəndaşları ilə təmas qurur və ermənilərin reinteqrasiyasını həyata keçirir.

Araikin bu açıqlaması onu göstərir ki, Azərbaycanın antiterror əməliyyatına başlayacağını bilirlər. Beynəlxalq ictimaiyyət də bu məsələdə haqlı olan Azərbaycanın yanında olacaq. Separatçılar halqanın tam daraldığının fərqindədirlər. Bu, onların son çırpıntısıdır, ya Bakının şərtini qəbul edəcəklər, ya da antirerror əməliyyatı ilə məhv ediləcəklər

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ