Sizin reklam burada
Sizin reklam burada

Paşinyan erməni ordusundan imtina etdi: Bakı onları terrorçu kimi məhv edəcək

Paşinyan erməni ordusundan imtina etdi: Bakı onları terrorçu kimi məhv edəcək



Nikol Paşinyan Azərbaycanın Qarabağdakı erməni hərbi birləşmələrin çıxarılması tələbinə cavabında iddia edir ki, Qarabağda Ermənistan ordusu yoxdur, silahlı dəstələr separatçıların qondarma “müdafiə ordusu”dur.

İrəvanın bu faktı israrla təkzib etməsi - 10 noyabr razılaşmasının 4-cü bəndini icra etməməsi Qarabağ planından qaynaqlanır: Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısa da, “erməni əhalisinin hüquq və təhlükəsizliyi”, qondarma “Bakı-Xankəndi” formatı kimi iddialarla məsələni “hüquqi münaqişə” müstəvisinə köçürmək niyyətindədir; erməni hərbi bölmələrinin bölgədə saxlanılması da separatçıların müqavimət göstərməsinə kömək etmək məqsədi daşıyır;

Paşinyan təkzib taktikasını davam etdirsə də, “Qisas 2” əməliyyatında məhv edilən 5 erməni hərbçinin ikisinin Ermənistan ordusunun üzvü olması və meyitlərinin İrəvana göndərilməsi faktı onun iddialarının legitimliyini zəiflədir. Bakı iki erməni hərbçinin meyitini nümayişkərana formada qaytarmaqla Qarabağda erməni ordusunun qaldığı faktını beynəlxalq müstəvidə göstərdi və onlara qarşı atacağı addımları legitimləşdirdi. Bu faktdan sonra Paşinyanın “Qarabağda erməni ordusu yoxdur” iddiasını yenidən davam etdirməsi o deməkdir ki:

- Qarabağdan çıxarılmayan Ermənistan ordusunun hərbçiləri də terrorçu olaraq qəbul olunacaq;
- Mümkün əməliyyatlarda məhv edilən bu hərbçilərin meyitləri İrəvana qaytarılmayacaq: bu, Paşinyan hökumətini həmin hərbçilərin ailələri qarşısında çətin vəziyyətə sala bilər, 44 günlük müharibədən sonra Ermənistan hökumətinin öldürülən hərbçilərin yaxınları ilə problemləri hələ də davam edir;

Nikolun iddiasından əl çəkməməsi və erməni qoşunlarını çıxarmaması Azərbaycana məsələni hərbi müstəvidə həll etməkdən başqa çıxış yolu qoymur

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ