Sizin reklam burada
Sizin reklam burada

Ermənistan Azərbaycanı Naxçıvanla birləşdirəcək dəmir yoluna nəzarət modelini hazırladı

Ermənistan Azərbaycanı Naxçıvanla birləşdirəcək dəmir yoluna nəzarət modelini hazırladı


Ermənistan Naxçıvandan Azərbaycana dəmir yolu açılacağı halda ona nəzarət modelini təqdim edib.

Publika.az "News.am"a istinadən xəbər verir ki, Ermənistan hökuməti Naxçıvandan Azərbaycana dəmir yolu açılacağı təqdirdə ona nəzarət modelini hazırlayıb. Bunu Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan mayın 17-də parlamentdə jurnalistlərlə söhbətində deyib.

Qeyd edək ki, bir neçə gün əvvəl Brüsseldəki danışıqlardan sonra Avropa Şurasının prezidenti Şarl Mişel Ermənistan və Azərbaycanın Ümumdünya Gömrük Təşkilatına Naxçıvandan keçən dəmir yolunun işə salınmasına dəstək üçün müraciət etmək barədə razılığa gəldiyini açıqlamışdı.

“Gürcüstanın və Abxaziyanın bu hissəsində eyni tənzimləmə planlaşdırılıb və ona dünyanın tanınmış şirkətlərindən biri nəzarət etməli idi. Bu, İsveçrə şirkəti idi, lakin bütün dünyada sənədlərinə etibar edilən fransız təşkilatları, bir sıra başqa şirkətlər də var”, - Kerobyan bildirib.

O qeyd edib ki, bu nəzarət modelinə görə, Abxaziyaya giriş-çıxış zonalarında adıçəkilən şirkətin gömrük funksiyasını əvəz etməli olan yoxlama məntəqələri yerləşdirilməli idi.

Nazir vurğulayıb ki, Abxaziyaya münasibətdə bu alət işləməsə də, dəmir yoluna nəzarət etmək üçün hansı modeldən istifadə oluna biləcəyi barədə təsəvvür yaranıb. “Ümumiləşdirərək qeyd etmək lazımdır ki, biz istənilən növ infrastrukturun inkişafının tərəfdarıyıq, çünki Ermənistanın bu baxımdan kifayət qədər böyük potensialı var. Baxmayaraq, biz infrastruktura böyük sərmayələr qoyuruq, nəzərə alsaq ki, son 30 ildə infrastruktura mütənasib sərmayələr olmayıb və onlar ümumilikdə inkişaf etməyiblər, indi böyük investisiyalara ehtiyacımız var. Hökumət isə bütün bu sahələrə böyük sərmayələr qoymağa tələsir və bunu edir”, – Kerobyan yekunlaşdırıb

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ